Rusiya Dövlət Duması sədrinin müavini: "Bakı Beynəlxalq Humanitar Forumu çox güclü dünya platformasıdır"

Rusiya Dövlət Duması sədrinin müavini: "Bakı Beynəlxalq Humanitar Forumu çox güclü dünya platformasıdır" Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Humanitar Forumu bir çox ölkələri narahat edən problemlərin müzakirə olunduğu çox güclü dünya platformasıdır.
Xarici siyasət
25 Oktyabr , 2018 14:57
Rusiya Dövlət Duması sədrinin müavini: Bakı Beynəlxalq Humanitar Forumu çox güclü dünya platformasıdır
Report / Elchin Murad

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Bakı Beynəlxalq Humanitar Forumu bir çox ölkələri narahat edən problemlərin müzakirə olunduğu çox güclü dünya platformasıdır".

Bunu “Report”a açıqlamasında Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov deyib.

O bildirib ki, forumun əhəmiyyəti ildən-ilə artır: "Burada ən müxtəlif məsələləri, yəni humanitar, insani və təhsil məsələlərini müzakirə edirik. Bütün bunlar dünyanın heç bir ölkəsinin təkbaşına, ayrıca həll edə bilməyəcəyi məsələlərdir. Azərbaycanda belə bir platformanın olması çox gözəldir”.

Rusiyalı spiker müavininin sözlərinə görə, belə məsələlərdə dialoqun aparılması çox mühümdür: “Problemlər müzakirə olunmalıdır. Etimada söykənən mükalimə nəticəsində çözüm də tapılır”.

Son xəbərlər

Orphus sistemi