Yuxarı

Rusiya ATƏT DTİHB-nin muxtariyyətinə qarşı çıxacaq

Rusiya XİN-i: Büronun fəaliyyəti yalnız onun mandatının müddəalarına əsaslanmalıdır

Bakı. 2 dekabr. REPORT.AZ/ Rusiya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) muxtariyyətinə qarşı çıxacaq. Büronun fəaliyyəti yalnız onun mandatının müddəalarına əsaslanmalıdır. Bu təşkilat obyektivlik imtahanından hələ ki, keçməyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və Mətbuat Departamentinin şərhində belə deyilir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun dekabrın 3-4-də Belqradda ATƏT-in xarici işlər nazirləri Şurasının növbəti, 22-ci iclasında iştirak edəcəyini xatırladan departamentin şərhində qeyd olunur:

"ATƏT-in ixtisaslaşmış institutları - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), milli azlıqlar üzrə Ali Komissarlıq (MAAK) və ATƏT-in KİV-in azadlığı üzrə nümayəndəsi obyektivlik və müstəqillik "imtahanlar"ından keçə bilməyib. Onlar qeyri-konsensual yanaşmalar və layihələrə dəstək verərək, qərəzsizlik prinsipini pozur. ATƏT DTİHB-nin müəyyən muxtariyyət almasına qarşı çıxmağa davam edəcəyik. Büronun fəaliyyəti yalnız onun mandatının müddəalarına və ATƏT-in qərar qəbul orqanlarının təlimatına əsaslanmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi