Yuxarı

Rusiya ATƏT DTİHB-nin işinin təftiş edilməsinin tərəfdarıdır

Nazir müavini: Pulların necə və hansı layihələrə xərcləndiyini bilmək istəyirik

Bakı. 11 noyabr. REPORT.AZ/ "Rusiya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) işinin təftiş edilməsinin tərəfdarıdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib.

"ATƏT-in idarəetmə orqanlarının, o cümlədən DTİHB-nin fəaliyyətinə nəzarət edilməsi zəruridir. Bu səbəbdən DTİHB-nin işi təftiş edilməlidir. Pulların necə və hansı layihələrə xərcləndiyini, könüllü ianələrin haradan gəldiyini və hansı sifarişlərə getdiyini bilmək istəyirik. Fikrimizcə, bu, olduqca ədalətli tələbdir", - Meşkov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi