Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini müvəqqəti dayandırıb

Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini müvəqqəti dayandırıb Məhdudiyyət bir aydan bir qədər çox davam edəcək
Xarici siyasət
29 İyun , 2017 11:39
Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini müvəqqəti dayandırıb

Bakı. 29 iyun. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı səfirliyi viza və təcili səyahət sənədləri verilməsi istisna olmaqla, konsulluq xidmətlərini müvəqqəti dayandırıb.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu məhdudiyyət 3 iyul tarixindən 11 avqust 2017-ci il tarixinədək keçərli olacaq.

Məlumata görə, bütün digər konsulluq xidmətləri üçün (vətəndaşlıq, vətəndaşlıq vəziyyəti haqqında sənədlər, notarial sənədlər, Rumıniyadan sənədlərin alınması və pasportlar) vətəndaşlar Rumıniyanın Gürcüstandakı səfirliyinə və ya bu ölkənin İstanbuldakı baş konsulluğuna müraciət etməlidir.

Son xəbərlər

Orphus sistemi