Yuxarı

Rumıniyanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd müəyyənləşib

Dan Yankunun (Dan Iancu) namizədliyi Rumıniyanın Parlament komissiyası tərəfindən təsdiq olunub

Buxarest. 9 iyun. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı yeni səfiri vəzifəsinə namizəd müəyyənləşib.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, Dan Yankunun (Dan Iancu) namizədliyi Rumıniyanın Parlament komissiyası tərəfindən təsdiq olunub.

Qeyd edək ki, onun namizədliyini Rumıniya prezidenti təsdiq etməlidir. 

İyunun 1-də Rumıniya prezidenti Klaus Yoxannis ölkənin Azərbaycandakı səfiri Daniel Kristianu Çobanunun geri çağırılması haqqında fərman imzalayıb. 

Xatırladaq ki, D.K.Çobanu 2011-ci ildən Rumıniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi