Rumıniya XİN başçısı: “Aİ Azərbaycanla Ermənistan arasında de-eskalasiya səylərini artırmaqda qətiyyətlidir”

Rumıniya XİN başçısı: “Aİ Azərbaycanla Ermənistan arasında de-eskalasiya səylərini artırmaqda qətiyyətlidir” “Avropa İttifaqı pozitiv gündəmə nail olmaq və etimadın möhkəmləndirilməsi, münaqişədən sonrakı məsələlərin həlli və sabitlik üçün regional əməkdaşlıq məsələlərində irəliləyişin əldə olunması naminə Azərbaycanla Ermənistan arasında de-eskalasiya səylərini
Xarici siyasət
25 İyun , 2021 19:17
Rumıniya XİN başçısı: “Aİ Azərbaycanla Ermənistan arasında de-eskalasiya səylərini artırmaqda qətiyyətlidir”
Boqdan Auresku

“Avropa İttifaqı pozitiv gündəmə nail olmaq və etimadın möhkəmləndirilməsi, münaqişədən sonrakı məsələlərin həlli və sabitlik üçün regional əməkdaşlıq məsələlərində irəliləyişin əldə olunması naminə Azərbaycanla Ermənistan arasında de-eskalasiya səylərini artırmaqda qətiyyətlidir”.

“Report” xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku avstriyalı və litvalı həmkarları Aleksandr Şallenberq və Qabrielius Landsbergislə Ermənistana səfəri çərçivəsində bu ölkənin baş naziri Nikol Paşinyanla baş tutmuş görüşdə deyib.

Xatırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın XİN başçıları Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin tapşırığı ilə Cənubi Qafqaza səfərə gəliblər. Nazirlər bu gün Bakıda olublar və Azərbaycan rəhbərliyi ilə görüşlər keçiriblər. Yerevandan sonra Aİ ölkələrinin xarici işlər nazirləri sabah Tbilisidə olacaqlar. Səfərin sonunda Gürcüstan paytaxtında mətbuat konfransı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi