Yuxarı

Rumıniya səfirliyinin Azərbaycanda NATO-nun fəaliyyətinin əlaqələndiricisi mandatı uzadılıb

NATO-nun Azərbaycandakı səfirlik-koordinatorunun mandatı 2 il müddətinə uzadılacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ NATO Şurası Rumıniya səfirliyinin NATO-nun Azərbaycandakı koordinatoru qismində mandatını 2 il müddətinə uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanunun bəyanatında deyilir. 

Xatırladaq ki, Rumıniya səfirliyi 2009-cu il yanvarın 6-dan NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi funksiyasını icra edir. 

"Bu altı il ərzində Rumıniya səfirliyi NATO və Azərbaycan arasında müxtəlif səviyyədə dialoq və əməkdaşlığın inkişafına öz töhfəsini verib", - səfir bildirib.

O qeyd edib ki, Rumıniya səfirliyi yaxın 2 il ərzində 4-cü mandat çərçivəsində NATO-ya və Alyansın Azərbaycanla əməkdaşlığına həsr olunan tədbir və konfransları təşkil etməkdə davam edəcək. 

"Rumıniya Azərbaycanın Alyansla əməkdaşlığını və onun Avroatlantik Tərəfdaşlıq Şurasında (AATŞ) fəal rolunu yüksək qiymətləndirir, Azərbaycanın terrorizmlə mübarizədə fəal rolunu, onun Əfqanıstanda beynəlxalq missiyaya dəstəyini alqışlayır", - K.Çobanu bildirib. 

O vurğulayıb ki, Azərbaycan və NATO arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi