Rumıniya səfiri: "Azərbaycan regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır"

Rumıniya səfiri: "Azərbaycan regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır" Bakı. 1 fevral. REPORT.AZ/ Bu il Rumıniyanın Avropa İttifaqı (Aİ) Şurasındakı sədrliyi regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına yönələcək.
Xarici siyasət
1 Fevral , 2019 20:25
Rumıniya səfiri: Azərbaycan regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır

Bakı. 1 fevral. REPORT.AZ/ Bu il Rumıniyanın Avropa İttifaqı (Aİ) Şurasındakı sədrliyi regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına yönələcək.

“Report” xəbər verir ki, bu barədə ADA Universitetində Rumıniyanın Aİ Şurasındakı sədrliyinə həsr olunan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Dan İanku bildirib.

“Biz regionda əməkdaşlığı, sabitliyi, təhlükəsizliyi gücləndirmək üçün səy göstərmək əzmindəyik. Bundan əlavə, Aİ ilə qonşularla əlaqələri genişləndirməyi də hədəfləyirik. O cümlədən Azərbaycanın da iştirak etdiyi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əlaqələr də nəzərdə tutulur”, - diplomat vurğulayıb.

Tədbirdə Azərbaycanın regionda həm də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı, İttifaqa üzv ölkələrin bu sahədə əməkdaşlığın inkişafında maraqlı olduqları da diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi