Rumen Radev: "Bolqarıstan Azərbaycanla strateji əməkdaşlığı yüksək qiymətləndirir"

Rumen Radev: "Bolqarıstan Azərbaycanla strateji əməkdaşlığı yüksək qiymətləndirir" Bolqarıstan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
105
27 May , 2021 13:43
Rumen Radev: Bolqarıstan Azərbaycanla strateji əməkdaşlığı yüksək qiymətləndirir
İlham Əliyev və Rumen Radev

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, xalqınıza sülh və əmin-amanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istərdim ki, Bolqarıstan Respublikası xalqlarımız və ölkələrimiz arasındakı strateji əməkdaşlığı və mövcud ikitərəfli mükəmməl əlaqələri yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsini arzulayır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".

Son xəbərlər

Orphus sistemi