Roma Papasının Azərbaycana səfərinə həsr edilən poçt markası buraxılıb - FOTO

Roma Papasının Azərbaycana səfərinə həsr edilən poçt markası buraxılıb - FOTO Papa Fransisko 2016-cı il oktyabrın 2-də Bakıda səfərdə olub
Xarici siyasət
27 Noyabr , 2017 13:28
Roma Papasının Azərbaycana səfərinə həsr edilən poçt markası buraxılıb - FOTO

Bakı. 27 noyabr. REPORT.AZ/ Vatikan Roma Papası Fransiskanın ötən il Azərbaycana səfər etməsinə həsr olunan poçt markası buraxıb.

“Report” xəbər verir ki, bu barədə Vatikanın rəsmi saytında məlumat yayılıb.

İnformasiyaya əsasən, Papanın 2016-cı ildə Azərbaycanla yanaşı Meksika, Polşa, İsveç, Yunanıstan, Gürcüstan və Ermənistana səfərinə həsr edilən poçt markaları da çap edilib.

Qeyd edək ki, Roma Papası Fransisko 2016-cı il oktyabrın 2-də Azərbaycanda səfərdə olub. 

Son xəbərlər

Orphus sistemi