Riaz Əhməd Malik: "Erməni vəhşiliyi təkcə Azərbaycana dost yox, bütün ölkələr tərəfindən qınanılmalıdır"

Riaz Əhməd Malik: "Erməni vəhşiliyi təkcə Azərbaycana dost yox, bütün ölkələr tərəfindən qınanılmalıdır" "Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu Gəncə şəhərində səfərdə olan Pakistanlı media nümayəndəsi Riaz Əhməd Malik bildirib.
Xarici siyasət
7 Noyabr , 2021 11:17
Riaz Əhməd Malik: Erməni vəhşiliyi təkcə Azərbaycana dost yox, bütün ölkələr tərəfindən qınanılmalıdır

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu Gəncə şəhərində səfərdə olan Pakistanlı media nümayəndəsi Riaz Əhməd Malik bildirib.

"Biz bu cür vəhşilik bizim şəhərlərdə də törədilib, mülki əhaliyə qarşı törədilən bu cinayəti biz görmüşük. Ermənilər də eynən eyni vəhşiliyi göstərib. Buna görə də biz bütün beynəlxalq təşkilatları, ölkələri bu cür vəhşiliyi qınamağa çağırırıq. Azərbaycan cəsarətlə ermənilər tərəfindən işğal edilmiş öz torpaqlarını azad etdi. Ermənilərin törətdiyi bu cinayətlər belə, Azərbaycan ordusunun, xalqının iradəsini sındırmadı və bu çox böyük uğurdur ki, Azərbaycan Ermənistanı məğlub edib öz ata-baba torpaqlarını geri qaytarıb", - deyə Riaz Əhməd Malik vurğulayıb.

O, Azərbaycanla həmrəy olduqlarını və Gəncə şəhərlərinə gələrək burada şəhid olanları yad etmələrindən qurur duyduğunu da bildirib.

Son xəbərlər

Orphus sistemi