Rezident əlaqələndirici: "BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir"

Rezident əlaqələndirici: "BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir" Azərbaycan və BMT əməkdaşlığın 25-ci ildönümünü qeyd edir
Xarici siyasət
24 Oktyabr , 2017 10:01
Rezident əlaqələndirici: BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir
Qulam İshaqzai / Report

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Ötən 25 il ərzində milyonlarla azərbaycanlı humanitar yardım, yaxşı idarəçilik, iqtisadi inkişaf, təhsil və digər sahələrdə layihələr həyata keçirən BMT-nin fəaliyyətindən faydalanıb".

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan və BMT arasındakı əməkdaşlığın 25-ci ildönümünü münasibətilə etdiyi vidoemüraciətdə deyib.

Rezident əlaqələndiricinin müraciətində qeyd olunub ki, bu vacib tarixi qeyd etmək məqsədi ilə BMT-nin Azərbaycanla 25 il ərzində sıx əməkdaşlığını və tərəfdaşlığını əks etdirən xatirə kitabı hazırlanıb.

"Bu gün BMT Azərbaycanın 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində səylərini dəstəkləyir", - Q.İshaqzai bildirib.

BMT-nin Davamlı İnkişaf Məqsədləri - təşkilata üzv bütün dövlətlərin 2030-cu ilə qədər nail olunmasına razılaşdığı 17 məqsəd və 169 vəzifədir. Onlar aclıq və yoxsulluğun aradan qaldırılmasını, keyfiyyətli təhsil və səhiyyəyə, təmiz suya çıxış, iqtisadi artım, gender bərabərliyi, iqlim dəyişikliyinə qarşı mübarizə, qurunun və dənizin ekosisteminin qorunması və s. əhatə edir.

Son xəbərlər

Orphus sistemi