ABŞ səfiri: "Ramazan ayının seçilən xüsusiyyətləri sırasında şəfqət, ailə və dostluq dəyərləri yer alıb"

ABŞ səfiri: "Ramazan ayının seçilən xüsusiyyətləri sırasında şəfqət, ailə və dostluq dəyərləri yer alıb" ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Xarici siyasət
5 İyun , 2019 11:36
ABŞ səfiri: Ramazan ayının seçilən xüsusiyyətləri sırasında şəfqət, ailə və dostluq dəyərləri yer alıb

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Report"un xəbərinə görə, səfirin təbrikində deyilir ki, Ramazan ayının seçilən xüsusiyyətləri sırasında şəfqət, ailə və dostluq dəyərləri yer alıb:

"Azərbaycana gəldiyim vaxtdan - mart ayından bəri mən Azərbaycan və onun zəngin dili, tolerantlıq ənənələri barədə çox şey öyrənmişəm. Ramazan tolerantlıq və bağışlanma, xeyir və sülh kimi paylaşdığımız dəyərlərinin özümüzün və uşaqlarımızın həyətında əks olunması baxımından düşünməyimiz üçün gözəl bir fürsətdir. Ramazan bayramı münasibəti ilə hamınıza xoşbəxt bir bayram arzulayırıq".

Son xəbərlər

Orphus sistemi