Qubernator: "Ulyanovsk vilayətinin dövlət xidməti qurumları "ASAN Xidmət" standartları üzrə işə keçirlər"

Qubernator: "Ulyanovsk vilayətinin dövlət xidməti qurumları "ASAN Xidmət" standartları üzrə işə keçirlər" Sergey Morozov: "Ulyanovskda ənənəvi olaraq Azərbaycanda istehsal olunan məhsullara böyük maraq var"
Xarici siyasət
30 May , 2018 14:52
Qubernator: Ulyanovsk vilayətinin dövlət xidməti qurumları ASAN Xidmət standartları üzrə işə keçirlər
0 : 00
0 : 00

Moskva. 30 may. REPORT.AZ/ "Azərbaycandakı "ASAN Xidmət" kimi çoxfunksiyalı mərkəzlərin təcrübəsini öyrənmək və onu qəbul etmək indi bizim üçün çox vacibdir".

Bunu "Report"un Rusiya bürosuna Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov deyib.

"Sizdə bu sistem tam mükəmməl işləyir və bizdəki analoji mərkəzlərindən çox fərqlənir. Belə xidmət əhaliyə çox rahatdır və xidmətlərin geniş spektrini təqdim edir. Azərbaycanda bu istiqamət üzrə rəhbər şəxslərlə danışmışam və qərara gəldik ki, Ulyanovskda nümunə kimi sizin yanaşmanı tətbiq edək. Hazırda Rusiya hökumətinə çoxfunksiyalı mərkəzlərin Azərbaycandakına oxşar olmasına dair xidməti məktub hazırlayıram", - S.Morozov bildirib.

O, Ulyanovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib: "Ulyanovskda ənənəvi olaraq Azərbaycanda istehsal olunan məhsullara, o cümlədən qida emalına, ərzaq məhsullarına böyük maraq var. Öz növbəsində, Azərbaycanı mebel, tikinti materialları, neft-qaz sahəsi ilə bağlı cihazlarla təmin edirik. Azərbaycanlı tərəfdaşlarımız malların İran və Türkiyə bazarlarına çıxarılması məsələsində də bizim şirkətlərlə sıx əməkdaşlıq edirlər".

Son xəbərlər

Orphus sistemi