"Qoşulmama Hərəkatı daim Azərbaycana öz dəstəyini birmənalı şəkildə ifadə edib" - RƏY

"Qoşulmama Hərəkatı daim Azərbaycana öz dəstəyini birmənalı şəkildə ifadə edib" - RƏY Ötən gün Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Dövlət başçısı Qoşulmama Hərəkatının Azərbaycana dəstəyindən danışıb. Pr
Xarici siyasət
14 İyul , 2021 17:48
Qoşulmama Hərəkatı daim Azərbaycana öz dəstəyini birmənalı şəkildə ifadə edib - RƏY

Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Tədbir çərçivəsində iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Dövlət başçısı Qoşulmama Hərəkatının Azərbaycana dəstəyindən danışıb. Prezident bildirib ki, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov da "Report"a deyib ki, bu il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan ötən müddət ərzində böyük uğurlara imza atıb: "Bu uğurlar özünü ölkəmizin xarici siyasətində də geniş şəkildə büruzə verir. Daha dəqiq desək, ötən müddət, konkret olaraq 1993-cü ilin iyunundan sonra həyata keçirilən ardıcıl və məqsədyönlü xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırıb. Müstəqil xarici siyasət yürüdən Azərbaycan regional və qlobal əməkdaşlığın dərinləşməsinə, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə sanballı töhfələr verib".

İlham Əliyev
İlham Əliyev

Deputat qeyd edib ki, Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasəti həm də çoxvektorlu olması ilə diqqət çəkir: “Bu məqamda qeyd edim ki, Azərbaycan dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının fəaliyyətində də yaxından iştirak edir və hazırda quruma sədrliyi uğurla həyata keçirir”.

Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv olduğunu xatırladan deputat bildirib ki, ölkəmiz ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib: “Üç il bundan əvvəl - 2018-ci il 3-6 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə 2019-2022-ci illərdə quruma sədrlik Azərbaycana keçib. Hazırda ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir. Öz növbəsində, Qoşulmama Hərəkatı müxtəlif məsələlərdə daim Azərbaycana öz dəstəyini birmənalı şəkildə ifadə edib. Belə ki, Qoşulmama Hərəkatı 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı ölkəmizə qətiyyətli dəstək verib. Həmin vaxt Azərbaycanın güclü rəqibləri var idi. Bununla belə, respublikamız 155 dövlətin dəstəyi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməyə nail oldu ki, bu zaman da Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi həlledici rol oynadı.Qoşulmama Hərəkatının 44 günlük Vətən müharibəsində sərgilədiyi mövqe də diqqətəlayiqdir. Qurum öz ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə Azərbaycana dəstəyini davam etdirdi. Dost ölkələrin, o cümlədən də Qoşulmama Hərəkatının müharibə dövründə verdikləri siyasi və mənəvi dəstək ölkəmizin özünəinam hissini daha da artırdı və biz müharibəni qələbə ilə başa vurduq”.

Son xəbərlər

Orphus sistemi