Qırğız səfirin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Qırğız səfirin Azərbaycandakı diplomatik missiyası başa çatıb Elmar Məmmədyarov Aycigit Buranova gələcək fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
7 İyul , 2017 18:26
Qırğız səfirin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Bakı. 7 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Azərbaycandakı səfiri Aycigit Buranovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, səfir Aycigit Buranov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Elmar Məmmədyarov Aycigit Buranova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, A.Buranov 2015-ci ilin fevral ayından səfir funksiyasını yerinə yetirir. O, bundan əvvəl Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili kimi çalışıb.

Son xəbərlər

Orphus sistemi