Qırğız deputat: “Azərbaycan Qoşulmama Hərəkatında uğurlar əldə edir”

Qırğız deputat: “Azərbaycan Qoşulmama Hərəkatında uğurlar əldə edir” “Azərbaycan Qoşulmama Hərəkatında (QH) böyük uğurlar əldə edir. Bunda Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətləri var”.
Xarici siyasət
1 İyul , 2022 17:45
Qırğız deputat: “Azərbaycan Qoşulmama Hərəkatında uğurlar əldə edir”

“Azərbaycan Qoşulmama Hərəkatında (QH) böyük uğurlar əldə edir. Bunda Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətləri var”.

Bu sözləri “Report”a açıqlamasında Qırğız Respublikası Joqorku Keneşinin (parlament) deputatı Janıbek Abirov bildirib.

Qırğız Respublikasının Qoşulmama Hərəkatında müşahidəçi statusuna malik olduğunu xatırladan deputat xatırladıb ki, Azərbaycam Prezidenti İlham Əliyev dünənki çıxışı zamanı bir çox vacib məsələləri qeyd edib: "Qoşulmama Hərəkatının digər üzvləri də təşkilat çərçivəsində öz mövqelərini ifadə etdilər".

"Qarabağ münaqişəsinin öz həllini tapmasından sonra regionda postmünaqişə məsələlərinin həll edilməsini arzu edirik. Bizim də Tacikistanla mübahisəli məsələlərimiz var və bu məsələlər uzun illər “havadan asılı vəziyyətdə” qalıb. Bu məsələlər qardaş ölkələrin vasitəçiliyi ilə danışıqlar yolu ilə həll edilməlidir. Hesab edirəm ki, bu qədər iştirakçı sayına malik Qoşulmama Hərəkatı yaxın 10 il ərzində BMT kimi nüfuzlu bir təşkilata çevriləcək”, - o bildirib.

Azərbaycan-Qırğız Respublikası münasibətlərini şərh edən Janıbek Abirov ölkəsinin TÜRKPA çərçivəsində Azərbaycan ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb: "Ötən həftə Milli Məclisin sədri Qırğız Respublikasında səfərdə idi. Bu il Bişkekdə Heydər Əliyev adına park, həmçinin Azərbaycan və Qırğız Respublikası arasında dostluğun şərəfinə məktəb açmağı planlaşdırırıq”.

Son xəbərlər

Orphus sistemi