Qətər əmiri Azərbaycana yeni səfir təyin edib

Qətər əmiri Azərbaycana yeni səfir təyin edib Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani Azərbaycana yeni səfir təyin edilməsi barədə qərar imzalayıb.
Xarici siyasət
128
16 Sentyabr , 2019 10:15
Qətər əmiri Azərbaycana yeni səfir təyin edib

Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani Azərbaycana yeni səfir təyin edilməsi barədə qərar imzalayıb.

"Report" "Gulf Times"a istinadən xəbər verir ki, Qətərin Bakıdakı diplomatik nümayəndəliyinin yeni rəhbəri Faysal Abdullah Hamad Abdullah əl-Henzab olub.

Bununla yanaşı, əmir imzaladığı qərarla Kosta Rika, Türkmənistan və Argentinaya da yeni səfirlər təyin edib. Qərarlar ölkənin rəsmi bülletenində dərc edildiyi andan qüvvəyə minir.

Qeyd edək ki, 2016-cı ilin oktyabrından 2018-ci ilin iyun ayına qədər Qətərin Azərbaycandakı səfirliyinə Yusuf bin Hassen əl-Saai rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi