Qərbi Azərbaycan Xronikası: 91 yaşlı sakin Göyçəyə ayaqyalın getmək istəyir
- 01 mart, 2023
- 18:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Baku Tv-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Report” xəbər verir ki, bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya olunmuş 91 yaşlı Novruz İsmayılovun həyat hekayəsinə həsr olunub.
O, 1932-ci ildə Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Nərimanlı kəndində doğulub, 1988-ci ilin dekabrında ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb. N.İsmayılov kəndin ən yaşlı nümayəndəsi kimi, Qərbi Azərbaycanda ata-babalarımızın başına gətirilən müsibətlərdən, ermənilərin törətdiyi faciələrdən danışıb, Göyçə ilə bağlı yaddaşına hopan xatirələrini bölüşüb.
El ağsaqqalı ermənilərin Göyçəyə gəlişindən, tarixi-dini abidələri dağıtmasından bəhs edib, yaşadığı Nərimanlı kəndində daşnakların törətdiyi hadisələrdən, eləcə də şahidi olduğu, üzləşdiyi erməni düşmənçiliyindən danışıb.
N.İsmayılov hər zaman azərbaycanlıların dayağı olan Heydər Əliyevə ermənilərin bəslədiyi kin-küdurətdən söz açıb, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Vətən həsrəti ilə yaşayan insanlarda ümid yaratdığını söyləyib.
Novruz İsmayılovun “Həyat hekayəsi”nə Baku Tv-nin yutub kanalında baxa bilərsiniz.