Qazaxıstanda Azərbaycan vətəndaşları üçün işləmək icazəsi verilməsi proseduru sadələşdirilib

Qazaxıstanda Azərbaycan vətəndaşları üçün işləmək icazəsi verilməsi proseduru sadələşdirilib İşçi miqrant Qazaxıstan ərazisində olmasının qanuniliyini təsdiq edən sənədləri göstərməklə icazəni ala bilər
Xarici siyasət
30 İyun , 2017 11:16
Qazaxıstanda Azərbaycan vətəndaşları üçün işləmək icazəsi verilməsi proseduru sadələşdirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Qazaxıstanda Azərbaycan vətəndaşları üçün işləmək icazəsi verilməsi proseduru sadələşdirilib. Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Almatı Daxili İşlər Departamentinin məlumatına görə, qanun Qazaxıstanın vizasız ölkəyə giriş və vizasız üç aydan az olmamaqla ölkə ərazisində qalmaq ilə bağlı saziş imzaladığı ölkələrin vətəndaşları üçün keçərlidir. MDB ölkələrinin, o cümlədən də Azərbaycan vətəndaşları bu şərtlərə cavab verir.

İşçi miqrant Qazaxıstan ərazisində olmasının qanuniliyini təsdiq edən sənədləri göstərməklə icazəni, eləcə də fərdi gəlir vergisi üzrə ödəniş həyata keçirməklə ala bilər.

Eyni zamanda, bir işəgötürənin ev təsərrüfatında işlər görülməsi üçün eyni anda beşdən artıq miqrantla əmək müqaviləsi bağlamasına icazə verilmir.

Son xəbərlər

Orphus sistemi