Bakı. 11 iyul. REPORT.AZ/ "Xəzəryanı ölkələrin zirvə görüşü bu ilin avqust ayının ilk yarısında Aktauda keçiriləcək".
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Qayrat Əbdrəhmanov deyib.
Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.