Yuxarı

Qazaxıstan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il oktyabrın 12-də Azərbaycana səfər edəcək.

"Report" KazTAQ-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev sentyabrın 22-də Astanada Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 13-cü iclasında bildirib. 

Nazir Azərbaycan ilə Qazaxıstan prezidentlərinin qardaşlıq münasibətindən danışıb: "Bu iki müstəqil dövlətin bütün siyasi, iqtisadi və dostluq münasibətləri iki dayaq üzərindədir". 

Qeyd edək ki, "Report" İnformasiya Agentliyi bir müddət əvvəl Qazaxıstan liderinin bu ilin payızında Azərbaycana səfər edəcəyi haqda məlumat yaymışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi