Qazaxıstan prezidentinin Azərbaycana səfəri zamanı 4 saziş imzalanacaq

Qazaxıstan prezidentinin Azərbaycana səfəri zamanı 4 saziş imzalanacaq Nursultan Nazarbayev aprelin 2-3-də Azərbaycana rəsmi səfər edəcək
Xarici siyasət
15 Mart , 2017 15:06
Qazaxıstan prezidentinin Azərbaycana səfəri zamanı 4 saziş imzalanacaq
Sean Gallup/Getty Images

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan və Qazaxıstan arasında 4 sazişin imzalanması gözlənilir.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sənədlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana bu il aprelin 2-3-də baş tutacaq rəsmi səfəri zamanı imzalanacaq.

Məlumata görə, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat sahəsində əməkdaşlıq, eləcədə nadir bitki növlərinin qorunması haqqında saziş imzalanacağı nəzərdə tutulur.

Həmçinin ölkələr arasında daşınan bitkilərin karantinə salınması barədə saziş də hazırlanır.

Son xəbərlər

Orphus sistemi