Yuxarı
    Bağlamaq

    Qazaxıstan Məclisinin spikeri Bakıda Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri ilə görüşüb

    Nurlan Niqmatulin bu gün TürkPA-nın Bakıdakı yeni binasının açılışında iştirak edəcək

    Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda səfərdə olan Qazaxıstan Məclisinin (parlamentinin aşağı palatası) sədri Nurlan Niqmatulin Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin spikerləri ilə ikitərəfli görüşlər keçirib.

    "Report" "Times.kz" portalına istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Qırğızıstan Joqorku Keneşinin sədri Cınıbay Tursunbekovla görüşlərdə Assambleya çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri, eləcə də ümumilikdə parlamentlərarası dialoqun aktivləşdirilməsi müzakirə olunub.

    Qeyd edilib ki, sıx əməkdaşlıq və qarşılıqlı dəstək ölkələr arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun gəlir.

    Həmsöhbətlərin sözlərinə görə, parlamentlərarası əməkdaşlığın dərinləşməsi əməkdaşlığının müxtəlif sahələrində dövlət başçılarının əldə etdikləri razılaşmaların həyata keçirilməsinə kömək edəcək.

    N.Niqmatulin TürkPA üzvləri olan ölkələrin gələn il Qazaxıstandan sədrliyi təhvil alacaq Qırğızıstanın sədrliyi ilə də səmərəli işə davam edəcəyinə əminliyini ifadə edib.

    Qeyd edək ki, Qazaxıstan Məclisinin sədrinin Bakıya səfərinin məqsədi TÜRKPA-nın yeni binasının bu gün keçiriləcək açılışında iştirak etməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi