Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupu fəaliyyətini bərpa edib

Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupu fəaliyyətini bərpa edib Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi qrupu yenidən işə başlayıb.
Xarici siyasət
661
17 Avqust , 2021 20:41
Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupu fəaliyyətini bərpa edib

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən işə başlayıb.

Bu barədə "Report" Rusiya hökumətinin saytına istinadən xəbər verir.

Moskvada keçirilən növbəti görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

“Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri və Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub", - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev iyunda bildirmişdi ki, Ermənistanda yeni hökumət formalaşandan sonra işçi qrupu fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi