Putin: Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır

Putin: Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır.
Xarici siyasət
19 Avqust , 2024 13:27
Putin: Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır

Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada hər iki tərəf üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib.

O, Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevlə danışıqların nəticələrini Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edəcəyini vurğulayıb.

“Əlbəttə, Azərbaycana səfərimdən sonra baş nazir Paşinyanla əlaqə saxlayıb, danışıqlarımızın nəticələri barədə ona məlumat verəcəyəm”, - Putin bildirib.

O, həmçinin bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar.

Rusiya Prezidenti onu da vurğulayıb ki, Moskva Azərbaycanın Cənubi Qafqazdakı vəziyyətin tam nizamlanmasına hədəfləndiyini bilir.

Son xəbərlər

Orphus sistemi