Rusiya Prezidenti: MDB çərçivəsində qarşılıqlı fəaliyyət xarici siyasətimizin əsas prioritetlərindəndir

Rusiya Prezidenti: MDB çərçivəsində qarşılıqlı fəaliyyət xarici siyasətimizin əsas prioritetlərindəndir MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiya xarici siyasətinin əsas prioritetlərindən biridir.
Xarici siyasət
8 Oktyabr , 2024 16:21
Rusiya Prezidenti: MDB çərçivəsində qarşılıqlı fəaliyyət xarici siyasətimizin əsas prioritetlərindəndir

MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiya xarici siyasətinin əsas prioritetlərindən biridir.

"Report"un Moskvaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasını açarkən deyib.

“MDB çərçivəsində qarşılıqlı fəaliyyət siyasətimizin əsas prioritetlərindən biridir. Birlik ölkələri bizim ən yaxın qonşularımız, dostlarımız, strateji tərəfdaşlarımızdır. Biz təbii ki, əməkdaşlığın gücləndirilməsinə sadiqik”, - o vurğulayıb.

V.Putinin sözlərinə görə, Rusiyanın 2024-cü ildə MDB-də sədrliyi konsepsiyası məhz buna yönəlib.

O qeyd edib ki, görüş zamanı iqtisadi mövzulara, ticarət və investisiya sahəsində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə böyük diqqət yetiriləcək: “Əminəm ki, sənaye, kənd təsərrüfatı, maliyyə, infrastruktur sahələrində yeni, böyük, qarşılıqlı faydalı layihələrə başlamaq üçün hər cür imkanımız var. Biz, həmçinin geniş spektrli digər aktual mövzular - ümumi təhlükəsizliyin təmin edilməsindən tutmuş mədəni və humanitar sahələrdə əməkdaşlığa qədər fikir mübadiləsi aparacağıq”.

Rusiya Prezidentinin sözlərinə görə, görüş zamanı bütün bu sahələrdə tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş konkret addımların müzakirəsi planlaşdırılır.

“Əlbəttə ki, MDB və onun strukturlarının səmərəliliyini artırmaq üçün bir sıra müzakirələr aparacağıq. Bir sıra təşkilati qərarlar qəbul edəcəyik. Biz məhsuldar işə və MDB regionlarının və bütövlükdə dünyanın inkişafının aktual aspektlərinin ənənəvi açıq və etibarlı müzakirəsinə ümid edirik”, - V.Putin bildirib.

Son xəbərlər

Orphus sistemi