Putin Bakı arxiyepiskopu Aleksandr Atanı “Dostluq” ordeni ilə təltif edib

Putin Bakı arxiyepiskopu Aleksandr Atanı “Dostluq” ordeni ilə təltif edib Putin Bakı arxiyepiskopu Aleksandr Atanı “Dostluq” ordeni ilə təltif edib
Xarici siyasət
10 Aprel , 2017 22:06
Putin Bakı arxiyepiskopu Aleksandr Atanı “Dostluq” ordeni ilə təltif edib

Bakı. 10 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanı (İşşeini) “Dostluq” ordeni ilə təltif edib.

"Report" xəbər verir ki, Rusiya Prezidentinin ölkənin rəsmi hüquq informasiyası portalında dərc edilmiş Fərmanında deyilir ki, Moskva Patriarxlığının Bakı və Azərbaycan Yeparxiyasına başçılıq edən Aleksandr Ata rus diasporunun dəstəklənməsi işinə böyük töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı konfessiyalararası anlaşmanın və əməkdaşlığın möhkəmlənməsi istiqamətində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi