Azərbaycan Prezidentinin tapşırığı ilə Myanma müsəlmanlarına yardım göndərilir

Azərbaycan Prezidentinin tapşırığı ilə Myanma müsəlmanlarına yardım göndərilir Humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir
Xarici siyasət
8 Sentyabr , 2017 14:17
Azərbaycan Prezidentinin tapşırığı ilə Myanma müsəlmanlarına yardım göndərilir
AFP

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədi ilə Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir.

"Report"un xəbərinə görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Son xəbərlər

Orphus sistemi