Prezident İlham Əliyev Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrini qəbul edib

Prezident İlham Əliyev Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrini qəbul edib
Xarici siyasət
29 Aprel , 2019 12:06
Prezident İlham Əliyev Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonu qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan ilə Argentinanın bir sıra sahələrdə əməkdaşlıq həyata keçirdiklərini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd edib. Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən Emilio Monzo Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlət başçısına çatdırıb. O, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda, o cümlədən Argentinada böyük nüfuza malik olduğunu deyib və dövlət başçısının siyasəti nəticəsində Azərbaycanın digər ölkələrlə yaxşı dostluq münasibətləri qurduğunu məmnunluqla qeyd edib. Emilio Monzo ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi, ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Dövlət başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş edib.