"Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya mühüm mesajlar verdi" - RƏY

"Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya mühüm mesajlar verdi" - RƏY "BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm məsajlar v
Xarici siyasət
25 Sentyabr , 2021 16:01
Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya mühüm mesajlar verdi - RƏY
İlham Əliyev

"BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, hər şeydən öncə hazırda dünyanın ən aktual problemi olan COVID-19 pandemiyası ilə bağlı problemlərə toxunan dövlət başçısı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində peyvəndin əldə edilməsində çətinlik çəkən kasıb ölkələrə göstərdiyi köməklikdən danışıb: “Buna paralel olaraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu beynəlxalq təşkilatın təşəbbüsü ilə pandemiyanın aradan qaldırılması istiqamətində vacib tədbirlərin görülməsi üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması və dünyanın 150 ölkəsinin bu iclasda iştirak edərək pandemiyaya qarşı səylərin birləşdirilməsi üçün mühüm addımlar atdığını qeyd etdi. Prezident İlham Əliyevin çıxışının əsas məzmununu isə yenə də əldə etdiyimiz tarixi zəfər, bu zəfərə gedən yolda ölkəmizin atdığı qətiyyətli addımlar, beynəlxalq təşkilatların öz qətnamələrini yerinə yetirə bilməməsi və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın bu gün də faşist ideologiyasından imtina etməməsi və regionda sülhə təhlükə olaraq qaldığı təşkil etdi. Bu istiqamətdə həm də mühüm təşəbbüs və təkliflərlə çıxış edən Prezident İlham Əliyev gələcəkdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün bir mexanizmin formalaşdırılmasının vacibliyini vurğuladı. Bu, əslində, BMT və onun müvafiq strukturlarında islahatlara ehtiyac olduğunun dilə gətirilməsi idi”.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

H.Babaoğlu deyib ki, başqa bir mühüm məsələ isə regionda davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərərək onu Azərbaycanla sülh müqaviləsi bağlamağa təşviq etməsinin vurğulanması idi: “Çünki hazırkı vəziyyətdə bu, regionumuzda hadisələrin gələcək inkişaf istiqamətlərinin formalaşması baxımından olduqca vacibdir. Əslində, bu fikirləri ilə Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya sülh çağırışı etdi. Azərbaycanın sülhpərvər, ancaq eyni zamanda öz ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü dövlət olduğunu hamı gördü. Dövlətimizin başçısı BMT tribunasından olduqca vacib bir xatırlatma edərək bildirdi ki, cəmi bir il qabaq bu tribunadan Ermənistanın işğalçılıq siyasətindən danışaraq bildirmişdi ki, Azərbaycan torpaqları hələ də işğal altındadır və ermənilər yeni müharibəyə hazırlaşırlar. O zaman beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu yenə də müharibəni önləmək, yaxud müharibəyə səbəb olan işğalçılıq siyasətinin qarşısını almaq üçün heç bir tədbir görmədi. Azərbaycan ermənilərin yeni işğalçılıq müharibəsinə layiqincə cavab verdi və işğalçı ölkəni məğlub edərək kapitulyasiya aktına imza atmağa məcbur etdi. Azərbaycan regionda əməkdaşlıqda, kommunikasiyaların açılmasında və sülhün bərqərar olmasında maraqlıdır. Şübhəsiz ki, dünya doğurdan da Cənubi Qafqazda sülh, ermənilər isə yeni reallıqdan bəhrələnmək istəyirlərsə, Prezident İlham Əliyevin çıxışında əksini tapan müddəalara diqqət yetirməli, bu istiqamətdə real addımlar atmalıdırlar”.

Son xəbərlər

Orphus sistemi