İlham Əliyev Çex Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Çex Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib.
Xarici siyasət
12 İyul , 2022 16:35
İlham Əliyev Çex Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, Milan Sedlaçek etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırıb. Bildirib ki, Çexiyanın dövlət başçısı ona Azərbaycanla əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Çexiyanın dövlət başçısına çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında yüksək səviyyədə səfərlərin, o cümlədən nümayəndə heyətlərinin mütəmadi təmaslarının ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edərək, iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı ticarətin həcminin artırılması üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığa da toxunub.

Azərbaycan Prezidenti, eyni zamanda, sənaye, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin önəmini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycandan keçərək Şərqdən Qərbə yükdaşımaların həcminin artmasını nəzərə alaraq bu sahədə də əməkdaşlıq baxımından imkanlar mövcuddur. Prezident İlham Əliyev, həmçinin biznes dairələri arasında əlaqələrin genişlənməsi və qarşılıqlı investisiya qoyuluşu imkanlarının araşdırılmasının da əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, digər layihələrə də toxunub, Çexiyanın Ələt Azad İqtisadi Zonasına və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiyini bildirib.

Söhbət zamanı humanitar, elm, təhsil, turizm sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

16.14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi