Prezident İlham Əliyev: "Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir" - YENİLƏNİB

Prezident İlham Əliyev: "Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir" - YENİLƏNİB Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub
Xarici siyasət
6 Fevral , 2017 14:31
Prezident İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir  - YENİLƏNİB

*** 11:30

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ilə işçi səhər yeməyi edib.

"Report"un xəbərinə görə, ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi, əlaqələrin bundan sonra da genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd edib, Avropa İttifaqında dövlət başçısının keçirdiyi görüşlərin əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmli olduğunu bildirib.

Azərbaycan ilə əməkdaşlığın Avropa İttifaqı üçün böyük önəm daşıdığını vurğulayan Federika Moqerini “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Federika Moqerini bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd edbi və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib. 

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasını vitse-prezidenti Federika Moqerininin Azərbaycana səfərindən ötən dövr ərzində əlaqələrimizin daha da inkişaf etdiyini bildirib. Avropa İttifaqı ilə əməkdaşlığımızın genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün yaxşı mesaj olduğunu deyən dövlət başçısı Avropa İttifaqının Azərbaycan üçün etibarlı dost və tərəfdaş olduğunu söyləyib. Qeyd olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi