Prezident İlham Əliyev Türkmənistan prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Türkmənistan prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib İlham Əliyev: "Azərbaycan və Türkmənistan arasında dostluq və mehriban qonşuluq münasibətləri var"
Xarici siyasət
29 İyun , 2017 12:04
Prezident İlham Əliyev Türkmənistan prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 60 illik yubileyi münasibətilə ona təbrik mesajı göndərib.

"Report" Türkmənistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, məktubda Azərbaycan və Türkmənistan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğu deyilir.

"Ümumi mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsi ilə iki ölkə arasında dövlətlərarası dialoqun birgə səylərimiz nəticəsində daha da inkişaf edəcəyinə və güclənəcəyinə inanıram", - məktubda deyilir.

İ.Əliyev Q.Berdıməhəmmədova möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Türkmənistan xalqına isə sülh və əminamanlıq diləyib.

Son xəbərlər

Orphus sistemi