Yuxarı

​Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib

Çanaqqala şəhidlərinin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilən tədbirlərdə iştirak etmək üçün Türkiyəyə səfərə gedib.

"Report" xəbər verir ki, mərasimdə 21 ölkənin dövlət başçısı, eləcə də 70-dən çox ölkədən yüksək vəzifəli şəxslər iştirak edirlər.

İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı “Şəhidlər” abidəsi meydanında fəxri qarovul dəstəsi düzülüb.

Abidənin önünə əklillər qoyulub.

Çanaqqala şəhidlərinin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin dövlət himni səsləndirilib. Şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi