Prezident İlham Əliyev Sooronbay Jeenbekovu Qırğız Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Sooronbay Jeenbekovu Qırğız Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib Azərbaycan Prezidenti qırğız həmkarına cansağlığı, xoşbəxtlik, fəaliyyətində uğurlar diləyib
Xarici siyasət
429
16 Oktyabr , 2017 22:40
Prezident İlham Əliyev Sooronbay Jeenbekovu Qırğız Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sooronbay Jeenbekova Qırğız Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Jeenbekov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Son xəbərlər

Orphus sistemi