Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edilib
Xarici siyasət
21 Avqust , 2017 14:04
Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB
President.az

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin başçılıq etdiyi, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliev və Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, İsrailin sabiq Prezidenti Dalia İtzik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya və Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətinin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığı, tərəfdaşlarının çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiyi vurğulanıb və mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edilib.


*** 12:59

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, Latviyanın sabiq Prezidenti Valdis Zatlersi, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevnelievi və Petar Stoyanovu, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrailin sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanı, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi