Prezident İlham Əliyev Qətər Dövlətinin əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Dövlətinin əmirini təbrik edib "İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcək"
Xarici siyasət
17 Dekabr , 2016 16:29
Prezident İlham Əliyev Qətər Dövlətinin əmirini təbrik edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:  

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Qətər Dövlətinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi