Prezident İlham Əliyev Moldovanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Moldovanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib Diplomat deyib ki, o, Azərbaycanın əsl dostu kimi ölkəni tərk edəcək
Xarici siyasət
3 İyun , 2015 15:10
Prezident İlham Əliyev Moldovanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Bakı. 3 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

“Report”un məlumatına görə, dövlət başçısı səfir İqor Bodiunun diplomatik fəaliyyəti dövründə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Moldova əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fövqəladə və səlahiyyətli səfir İqor Bodiu qeyd edib ki, o, Azərbaycanın əsl dostu kimi ölkəni tərk edəcək. Moldovalı diplomat deyib ki, son illər Azərbaycanda gedən sürətli inkişaf proseslərini müşahidə etməkdə onun səfir kimi bəxti gətirib. O, bütün bu uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edildiyini xüsusi vurğulayıb. İqor Bodiu iki ölkə arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini, fəaliyyəti dövründə müxtəlif səviyyəli səfərlərin təşkil edildiyini, əlaqələrin sosial-mədəni sahələrdə fəal şəkildə inkişaf etdirildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi