Prezident İlham Əliyev Livanın yeni dövlət başçısını təbrik edib

Xarici siyasət
  • 11 noyabr, 2016
  • 14:09
Prezident İlham Əliyev Livanın yeni dövlət başçısını təbrik edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

Hörmətli cənab Prezident,

Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm". 

Son xəbərlər

Bütün Xəbər Lenti