Yuxarı

Prezident İlham Əliyev Latviyanın yeni seçilən dövlət başçısı ilə görüşüb

Dövlət başçısı Raymonds Veyonisi Latviyanın Prezidenti seçilməsi münasibətilə təbrik edib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Latviyanın yeni seçilən Prezidenti Raymonds Veyonis ilə görüşüb.

"Report" xəbər verir ki, dövlət başçısı Raymonds Veyonisi Latviyanın Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu deyib, iki ölkənin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi