Bakı. 24 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı verib. “Report”un xəbərinə görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:
“Hörmətli xanım Prezident,
Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.