Yuxarı

Prezident İlham Əliyev İSESKO-nun baş direktorunu “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti sərəncam imzalayıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə Azərbaycan Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi