Yuxarı

​Prezident İlham Əliyev İsveçrənin Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsindən məmnunluğunu ifadə edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Abişeri fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib, bu səfərlər və görüşlər zamanı məhsuldar danışıqların aparıldığını vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, biznes, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsindən məmnunluğunu ifadə edib.

Səfir Paskal Abişer ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafına toxunaraq iqtisadi sahədə həyata keçirilən birgə layihələrin bu əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi