Prezident İlham Əliyev Braziliyanın yeni dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Braziliyanın yeni dövlət başçısını təbrik edib Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Jair Bolsonaruya təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
30 Oktyabr , 2018 12:32
Prezident İlham Əliyev Braziliyanın yeni dövlət başçısını təbrik edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Jair Bolsonaruya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Bolsonaru,

Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi