ABŞ səfirliyi: Mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması bizi kədərləndirdi

ABŞ səfirliyi: Mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması bizi kədərləndirdi Amerika Birləşmiş Ştatları (ABŞ) ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir.
Xarici siyasət
27 Aprel , 2024 17:37
ABŞ səfirliyi: Mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması bizi kədərləndirdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Şuşada baş verən mina partlayışı hadisəsinə münasibət bildirib.

"Report" xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - məlumatda vurğulanıb.

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi