Prezident İlham Əliyev Belçikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Belçikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı bu əlaqələrin razılıq doğurduğunu bildirib
Xarici siyasət
16 Avqust , 2016 10:04
Prezident İlham Əliyev Belçikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Bakı. 16 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 16-da Belçika Krallığının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bert Skufsu qəbul edib. 

"Report" xəbər verir ki, səfir Bert Skufs fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bert Skufs etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı bu əlaqələrin razılıq doğurduğunu bildirib. İki ölkə arasında ticarət, sərmayələr, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Belçika şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan dövlət başçısı xüsusən tikinti sahəsində bu şirkətlərin uğurlu təcrübəsini qeyd edib. Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Bert Skufs hələ 2012-ci ildə Azərbaycanda olduğunu, ölkənin və Bakının gözəlliyinin, həmçinin Azərbaycan xalqının səmimiliyinin onu valeh etdiyini deyib. Belçika şirkətlərinin Azərbaycanda tikinti sahəsi ilə yanaşı, logistika, əczaçılıq, tibb, texnologiyalar və digər sahələrdə fəaliyyət göstərdiklərini qeyd edən səfir Bert Skufs ölkəsinin iş adamlarının Azərbaycan şirkətləri ilə işləməyə hər zaman açıq olduqlarını bildirib. Fəaliyyətinin əsas məqsədinin iki ölkə arasında yaxşı münasibətləri davam etdirmək olacağını vurğulayan səfir hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində də səylərini əsirgəməyəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi