Yuxarı

Prezident İlham Əliyev Avstriyanın Azərbaycandakı səfirini qəbul edib

Əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd olunub

Bakı. 3 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Avstriyanın Azərbaycandakı səfirini qəbul edib.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 3-də Avstriyanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer Kaybiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. “Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.

İqtisadi əməkdaşlığın razılıq doğurduğu bildirilərək, Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində Avstriya şirkətlərinin səmərəli fəaliyyət göstərdiyi vurğulanıb, əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi