Prezident İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb

Prezident İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib
Xarici siyasət
12 Fevral , 2016 19:41
Prezident İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münhendə ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulandı. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi