Yuxarı

​Prezident İlham Əliyev ABŞ-ın ticarət naziri Penni Pritzker ilə görüşüb

Görüşdə Amerika şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı. 31 mart. REPORT.AZ/ Martın 30-da Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın ticarət naziri xanım Penni Pritzker ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə son vaxtlar Azərbaycanda gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi